Saleh Kamrani
16 İyun 2006
UA 171/06 Oğurlanma Vahiməsi /Sağlamlıq vahiməsi /Sağlıqdan nigaranlıq /Vicdan ucundan dustaqlıq ehtimalı
İRAN Saleh Kamrani (kişi), vəkil və insan haqlarının müdafiəçisi, 34 yaşlı
Saleh Kamrani, bir Türk-Azərbaycan vəkili (Güney Azərbaycan), məlum olası əmniyyət məmurları tərəfindən oğurlanıb, ki 14 İyun-dan bəri bəlli olmayan bir tutuqlanma yerində saxlanaraq, işgəncə təhlükəsindədir. Raportlara görə ürək xəstəliyi üçün dərmana ehtiyacı vardır. İşi insan haqlarından müdafiə etməklə bağlıdır, elə məhz buna görə tutuqlana bilər, və bu isə Amnesty International bu şəxsi bir vicdan ucundan dustaq diyə qeyd edə bilər.
Raportlara görə, Saleh Kamrani 14 İyunda təqribən nahardan sonra saat 3-də Tehranda evində həyat yoldaşına zəng edib və evə getmək üzərə olduğunu söyləmişdi. Evə nahardan sonra saat 4.30-5.00 yetişməli idi və onun yubanmasından nigaran qaldıqda həyata yoldaşı ərinin cib telefonuna zəng etdikdə telefonun bağlı olduğunu başa düşür və buda gözlənilməz bir iş idi. Xəstəxana və polisdən soraqlaşdıqda, ərindən heç bir iz də belə tapa bilmir. İkindi çağı Təhlükəsizlik Nazirliyinə (Vizarət-i-İttilaat) zəng etdikdə ora da hər bir bilgi verməkdən boyun qaçırmışlar.
Saleh Kamrani 1999-dan bəri vəkil işləyir və O bir neçə Güney Azərbaycanlını müdafiə etmişdir, ki bunlar vaxtı ilə siyasi və mədəni fəaliyyətləri üçün tutuqlanmışdılar. Onun müdafiə etməkdə olduğu şəxs Saleh Malla Abbasi-dir ki, 17 Apreldə yaxalanmışdı (bax: UA 115/06, MDE 13/045/2006, 3 May 2006). Saleh Kamrani başqa etnosların üzvlərini də sovunmuş. Raportlara görə, O hey İran təhlükəsizlik məmurlarının azarına məruz qalmış, misal üçün onu telefonla dəfələrlə hədələmişlər (threat), və 2005-də qardaşı ilə birlikdə Urmu-da 3-günlük tutuqlanmışdı. Raportlara görə, insan haqları barədə O məqalələr də yazmış və insan haqları üzrə vəkil və öyrənçi təlimi üçün kurslar da aparmış. Saleh Kamrani-nin qardaşı, Məhərrəm Kamranı da 30 Martda yaxalanmış və raportlara görə 19 gün içəridə qalarkən işgəncəyə məruz qalmışdı (bax: UA 86/06, MDE 13/039/2006, 12 Aprel 2006).
ZƏMİN BİLGİ
May 2006-da İranın quzey-qərbində qəsəbə və şəhərlərində geniş surətdə kütləvi təzahürat ortaya çıxdı. Buralarda əhali əsasən Türk-Azərbaycanlıdırlar və 12 Mayda dövlətin rəsmi orqanı olan İran gündəliyi qəzetində yayımlanmış qanqaraldıcı cizgi-karikaturaya qarşılıq çıxışlar olundu. Təzahürat ərzində və ondan sonra yüzlərcə insanlar yaxalandı (bax: UA 151/06, MDE 13/055/2006 və UA 163/06, MDE 13/063/2006). İttihamlara görə, tutuqluların bəziləri işgəncə olunmuşlar, və bəziləri də xəstəxanalıq olmuşlar. Qəzetin buraxılışı 23 Mayda asılqan olmuş və onun baş redaktoru və karikaturaçısı yaxalanmışlar. Azərbaycan qaynaqları iddia etmişlər ki, təhlükəsizlik qüvvələrinin əllərindən ölənlərin sayı 10-lar və yaralananların sayı 100-lər olmuş. Təhlükəsizlik qüvvələri hər bir şəxsin öldürülməsini danmışlar, baxmayaraq ki, 29 Mayda bir polis məqamı Sulduzda 4 nəfər öldürüləndən və 43 nəfər yaralıdan söz açmışdır.
İranda tez-tez təhlükəsizlik qüvvələri adamları günlər və həftələr müddətində tutub-saxlayır, hərdən də bunları bəlli olmayan yerlərdə saxlayır, yaxud elan etmədən və ailələri ilə əlaqəyə girmədən onları göz altına alır. Fəal tələbə, Abid Təvançı, məlum olası bir həftədən çox belə itgin düşmüşdü, ta ki 5 İyunda haçandan haçana Tehranın Evin zindanından ailəsinə zəng edib və 26 Maydan bəri tutuqlu olduğunu söyləmişdi (bax: UA 165/06, MDE 13/065/2006, 9 İyun 2006).
Görülməli işlər üçün lütfən Amnesty International-ın website-sinə müraciət ediniz və bunun üçü 28 İyula dək vaxt vardır.